adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Yanvar 2020 15:56
31892
DÜNYA
A- A+

Atambayevin həbs müddəti uzadıldı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs müddəti uzadılıb.

Adalet.az-ın məlumatına görə, məhkəmə sabiq prezidentin daha iki ay, martın 15-dək barmaqlıqlar arxasında qalması barədə qərar verib.

Məhkəmənin növbəti iclası yanvarın 16-da keçiriləcək.

Qeyd edək ki, A.Atambayev ötən ilin avqustunda keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. Əməliyyat zamanı xüsusi təyinatlılarla sabiq prezidentin tərəfdarları arasında atışma baş vermişdi. İki gün davam edən əməliyyat sonunda A.Atambayev təslim olmuşdu.