adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Yanvar 2020 15:46
14580
GÜNDƏM
A- A+

Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanıldı

Sosial şəbəkədə gənc fəal Bəxtiyar Hacıyevi təhqir edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumatda bildirilir ki, müraciət əsasında araşdırma aparılıb. Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb. Müəyyən olunub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.