adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Yanvar 2020 14:47
11022
HADİSƏ
A- A+

Maşın vuran piyada hadisə yerində öldü

Bakının Nərimanov rayonunun F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində Adalet.az-a verilən məlumata görə, yanvarın 13-də saat 6 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi "BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub.

Bildirilir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.