adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Yanvar 2020 14:29
14162
HADİSƏ
A- A+

Xaçmazda “Ford” piyadanın həyatına son qoydu

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata əsasən, yanvarın 13-də saat 22 radələrində Xaçmaz şəhəri ərazisində Xudat şəhər sakini R.Ağabəyov idarə etdiyi "Ford” markalı avtomobillə yolu keçən Qusar rayon sakini İlahəddin Vəlimətovu vurub.

Bildirilir ki, piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.