Çavuşoğludan Haftar açıqlaması: “Prosesin mənası qalmayacaq”
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın Moskvadan sülh razılaşmasını imzalamadan ayrılmasına münasibət bildirib.
Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çavuşoğlu deyib ki, razılaşmanın imzalanması ərəfəsində Haftar vaxt istəyib və bu barədə Sarraca məlumat verilib.
Haftarın sonda razılaşmanı imzalamamasına gəlincə, XİN rəhbəri hesab edir ki, onun belə davam edəcəyi təqdirdə, Berlin prosesinin mənası qalmayacaq.
Xatırladaq ki, dünən Moskvada Rusiya və Türkiyənin vasitəçiliyi ilə Liviya üzrə görüş keçirilib. Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvanı tərk edib. Bunun səbəbini Liviya ordusunun bir sıra tələblərinin nəzərə alınmaması ilə izah edib.(azvision.az)
Digər Xəbərlər
19 Aprel 2024 14:04
"İntizamsızlıq sözü heç yerində deyildi" - MM sədri
19 Aprel 2024 13:59"Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb" - Deputat
19 Aprel 2024 13:53"Ölkədə maliyyə intizamı ilə bağlı vəziyyət çox acınacaqlıdır" - Qüdrət Həsənquliyev
19 Aprel 2024 13:32"Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?" - Siyavuş Novruzov
19 Aprel 2024 13:05