adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Yanvar 2020 17:10
14704
HADİSƏ
A- A+

Qobustanda ana 3 azyaşlı övladı ilə qazdan zəhərləndi, xəstəxanaya yerləşdirildi

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

Adalet.az-ın məlumatına görə, hadisə Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 16-da baş verib.

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.