adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Yanvar 2020 18:00
16624
GÜNDƏM
A- A+

İran Britaniyaya XƏBƏRDARLIQ

İran İslam Respublikası ölkənin daxili məsələlərinə müdaxilə etməməsi ilə bağlı Böyük Britaniyaya ciddi xəbərdarlıq edir.

Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. 

Adalet.az xəbər verir ki, Ə.Rəbiinin sözlərinə görə, Britaniya səfiri Rob Macaire qanunsuz aksiyada iştirak etdiyi üçün qısa müddətə saxlanılıb:

"İran polisi onun kimliyini bildikdən sonra, 15 dəqiqə ərzində azad edilib. Bu, bir səfirin vəzifələrinə zidd, qəbuledilməz və qeyri-peşəkar hərəkətdir. Britaniya səfiri bu hərəkətinə görə İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona və Britaniya hökumətinə İranın etirazı bildirilib".

Xatırladaq ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın silahlı qüvvələri tərəfindən yanlışlıqla vurulub. Britaniya səfiri bu hadisəyə etiraz olaraq 11 yanvarda Tehranda Əmir-Kəbir Universitetinin qarşısında keçirilən aksiyada iştirak etdiyinə görə saxlanılıb. Lakin diplomatik toxunulmazlığı olduğuna görə azad edilib.