adalet.az header logo
  • Bakı 19°C

40-ı çıxmış inqilabdan sonra İran - Ulucay Akif yazır

23686 | 2020-01-14 16:22

Sonhadisələrdən sonra İranda etirazlar dalğası başlayıb. Bir çox siyasi ekspertbunu yeni inqilabın başlanğıcı kimi qiymətləndirir.

Nəyinnecə olacağını əvvəlcədən təxmin etmək asan deyil, amma gəlin İranda soninqilabdan sonra nə kimi dəyişikliklərin baş verdiyinə baxaq.

***

1979-cu il 11 fevral tarixindəAyətullah Xomeyninin hakimiyyətə gəlməsi ilə İranda İslam inqilabı başa çatdı.O vaxtdan 41 il keçib. Dəyişən isə bunlardı:

1.Əhalinin artımı

Ayətullah Xomeyni Paris sürgünündənsonra 1979-cu il inqilabına rəhbərlik etmək üçün Tehrana qayıdanda, İranəhalisinin sayı 36 milyon idi. O vaxtdan ölkə əhalisi 2 dəfədən də çox artaraq81 milyona çatıb.

Bu artım Xomeyninin yeni nəsilmüsəlman-şiələrinin yaradılmasına çağırışından sonra başladı və ölkədə doğuş "partlayışı”müşahidə olundu.

Amma...

1980-ci illərin sonlarında, İran-İraqmüharibəsinin iqtisadi fəsadları nəticəsində əhalinin artımını nəzarətdəsaxlamaq üçün ailə planının proqramlaşdırılması tətbiq olunmağa başlandı.

Daha sonra əhalinin yaşlı təbəqəsininsayının artması və milli təhlükəsizlik probleminin yaranması hakimiyyətin özmövqeyini bir daha gözdən keçirməyinə səbəb oldu.

2010-cu ildə iranlılara dünyaya dahaçox uşaq gətirmə səslənişləri başladı.Ölkənin prezidenti Mahmud Əhmədinecad sələflərinin demoqrafik siyasətinitənqid etdi və dini liderlərin də dəstəyi ilə ailə planlama proqramını qadağanetdi.


Əhali artımı ilk olaraq ölkənin irişəhərlərində müşahidə olunurdu. 1980-ci illərdə İranın cəmi 2 şəhərinin əhalisi1 milyondan çox idi. İndi isə belə şəhərlərin sayı 7-ə çatıb.

Paytaxt Tehranın əhalisi 5 milyondan (1970-ci illər) İran-İraqmüharibəsinin də bitməsiylə 7,5 milyona qədər qalxdı (1980-ci illər). Bu günTehran əhalisinin sayı 12 milyonu keçib.

2.İqtisadiyyatın zəifləməsi

İranəhalisinin artımı, müharibə və beynəlxalq sanksiyalar daha çox neft ixracından asılı olan ölkəresurslarına böyük (mənfi) təsir göstərdi. Son 41 ildə İranda yaşam səviyyəsiciddi dərəcədə endi. Adambaşına düşən ÜDM 10200 dollardan (1976) 6900 dollara kimi endi (dolların indikikursu ilə).

Müqayisə üçün deyə bilərik ki, əhali artımınınmüşahidə olunduğu Türkiyə bu müddətdə öz ÜDM-nu düz 3 qat artıra bildi.

Əhalinin gəlirinin dəyişməsi neftemalının azalması ilə müşaiət olunurdu. İran-İraq konflikti zamanı neftsənayəsinə vurulan zərbə ölkə iqtisadiyyatına çox mənfi təsir göstərdi.


İran ilknövbədə neft məhsullarının ixracı və qida idxalı ilə məşğuldur.

Maaşnisbəti ilə götürəndə ərzaq qiymətlərində ciddi bahalaşma müşahidə olunub.

1978-ci ildə minimum əmək haqqıilə 74 kq qırmızı ət almaq olurdusa, bu gün İranda minimum əmək haqqı ilə cəmi10 kq ət almaq olar.

Bu gün İranın ən böyük problemiişsizlikdir.

Son illərartan bu problem daha çox gənclərə toxunub. Dünya Bankının məlumatına görə,2018-ci ildə gənclər arasında işsizlik sayı 30 faizə çatıb.

3.Su təchizatı problemi

Bu gün İran 40 il əvvələ nisbətdə daha quraqlıqdır vəölkənin su ehtiyatı tükənməyə davam edir. İllik yağıntı ortalaması 228mm. təşkil edir ki, bu da dünya ortalamasından 5 dəfə azdır.

Bundan başqa, İran su ehtiyatlarının90 %-ni kənd təsərrüfatına sərf edir ki, dünya təcrübəsində bu 69% olmalıdır.


Ölkənin şimalında, yəni Cənubi Azərbaycanda yağıntıların səviyyəsindəciddi azalma müşahidə olunur və buna görə də dünyanın ən böyük duzlugöllərindən olan Urmiya gölü qurumağa davam edir.

Böyüyən şəhərlərdə suya böyük tələbatın olması su təchizatının İranın ən böyükproblemlərindən birinə çevrilməsinə səbəb olub.

Əgər əvvəl Zəyəndərud çayı ölkənin üçüncü ən böyük şəhəri olanİsfahandan da keçirdisə, bu gün o qədər quruyub ki, artıq heç şəhərə çatmır.

4.Boşanmaların sayının artması

1979-cu ildən nigah sayında ciddi artım müşahidə olunsa da, 2009-cuildən azalma başladı.


Boşanmalarınsayına gəldikdə:

1978-ci ildən bu yana boşanmaların sayı 4 dəfə artıb.

5.Ali təhsilli qadınların sayındaartım

1970-ci illərdən qadınların ali təhsil alma sayında artım olsa da,əmək bazarında qadınların sayı hələ də çox azdır.

Əgər 1978-ci ildə qız şagirdlərin sadəcə 2,9 % universitetlərə qəbulolmuşdusa, 2016-cı ildə bu göstərici artıq65,5%-ə kimi qalxdı.


Son 41ildə hər iki cinsin nümayəndələrinin ali təhsil almasında irəliləyiş olsa da, qadınlar arasında işsizlik kişilərənisbətdə 2 dəfə çoxdur.

6.Daha az kino və kitab

Son 41 ildə kinoya getmə imkanlarında da dəyişiklik olub.

İslam İnqilabından əvvəlİranda 450 kinoteatr var idisə, YUNESKO-nun 2015-ci il hesablamasınagörə , İranda 380 kinozal fəaliyyət göstərib.


Əhali artımını da nəzərə alsaq, əvvəl İranda 80 min adama birkinoteatr düşürdüsə, indi 208 min adama bir kinoteatr düşür.

Eynivəziyyət kitab bazarında da müşahidə olunur:

1980-ci illərdə kitabların ortalama tirajı 7 min idisə, bu gün tirajortalaması 200-ə kimi enib.

Tanış mənzərədir?

Hə, hə. Çox tanış mənzərədir!

İslamdini qonşusu ac olanda rahat yatan adamı qınayır.

İran dabizim yaxşı, pis qonşumuzdur, ona görə biz də narahatıq və qonşumuzun evindənələrin baş verəcəyini müşahidə etməkdəyik.

Düzü, bizdə çox ac olmuşuq. Həm də İranın lap tox olduğu vaxtlarda, 1990-cı illərdə.


Ulucay Akif



TƏQVİM / ARXİV