adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Yanvar 2020 13:25
11912
HADİSƏ
A- A+

Keçmiş məhkumdan 14 kq marixuana götürülüb

Yasamal RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbaut xidmətindən  verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin götürülüb.

29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə onun evindən 14 kiloqram 595 qram marixuana aşkar edilərək götürülüb.