adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Yanvar 2020 13:05
35219
ELM VƏ TƏHSİL
A- A+

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi "Telegram” kanalı (@edugovaz) istifadəyə verilir.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, kanalda nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

"Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Facebook”, "Twitter”, "İnstagram” və "Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.