adalet.az header logo
  • Bakı 13°C
13 Yanvar 2020 12:22
33956
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən bildirilib ki, yanvarın 13-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.