adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Yanvar 2020 12:18
30498
ŞOU-BİZNES
A- A+

Nazənin Təranəni qara siyahıdan çıxarıb - Barışıqmı?

Şou –biznes nümayəndələri qalmaqalları ilə hər zaman gündəmdə qalmağa çalışıblar. Hətta yeni mahnı və klip təqdimatından əvvəl belə qara piyara da özləri rəvac veriblər. Məsələn, bir neçə il əvvəl aralarındakı soyuqluq və atmaca duellasıyla gündəmi xeyli məşğul edən xalq artisti Səməd Səmədovun və Sevda Əliqizinın ötən aylarda gözlənilməz etirafı hamını şok etdi. Xalq artisti media nümayəndələrinə açıqlamasında bildirmişdi ki, əslində o qalmaqalı özümüz təşkil etmişdik:” Biz Sevda xanımla heç vaxt küsülü olmamışıq”.

Adalet.az xəbər vrir ki, artıq müğənni Nazənin neçə illərdi düşmən olduğu, hətta məhkəməyə verdiyi həmkarı Təranə Qumralla barışmaq ərəfəsindədir.

Beləki, Nazənin Təranə Qumralı İnstaqramda qara siyahıdan çıxarıb.

Bununla yanaşı müğənni Təranə Qumralın qızları Qumral, Fidan və Sevgimcanı da blokdan çıxarıb.

Qeyd edək ki, Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edirdi. Qalmaqal "ANS”in "Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Yeri gəlmişkən, Nazənin bu işlə bağlı məhkəmədə qalib hesab edilsə də, qərarla razılaşmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.

Barışıq ərəfəsində olan həmkarlar yəqin ki, həmin günləri tez unudub. Təki barışıq olsun!