adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Yanvar 2020 12:03
13563
GÜNDƏM
A- A+

Ordumuzun Tabor komandirlərinin toplantısı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.

Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.