Azərbaycanın bəzi ərazilərinə 8 sm hündürlüyündə qar yağıb
Azərbaycanın bəzi ərazilərinə 8 sm hündürlüyündə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.
Yanvarın 13-də havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə isə 10-13 dərəcə şaxta təşkil edib.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16