adalet.az header logo
  • Bakı 18°C
13 Yanvar 2020 11:05
13790
GÜNDƏM
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

Elşən Allahverdiyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Məlumatı Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Elşən Allahverdiyev Azərbaycan Televiziyasında (AZTV) baş redaktor, "CDB Bank” və "Günay Bank”da Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərində direktor, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifələrində çalışıb.