adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Yanvar 2020 10:49
47190
İDMAN
A- A+

Suares 4 ay meydana çıxa bilməyəcək

"Barselona”nın hücumçusu Luis Suares dizindən əməliyyat olunub.

Adalet.az-ın məlumatına görə, bununla əlaqədar uruqvaylı hücumçu 4 ay meydana çıxa bilməyəcək.

Xatırladaq ki, cari mövsüm 32 yaşlı forvard İspaniya çempionatında keçirdiyi 17 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücumda mümkün problemləri nəzərə alan "Barselona” artıq hücumçu axtarışına çıxıb.