adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Yanvar 2020 10:31
51478
KRİMİNAL
A- A+

Astarada narkotacirlər saxlanılıb

Astara polisi tərəfindən 2,5 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev narkotik vasitə olan heroini Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova satmaq istəyərkən hər ikisi saxlanılıb.

Astara RPŞ-yə gətirilmiş Q.Əliyevin üzərindən bir ədəd bağlamada 2 kiloqram narkotik vasitə olan heroin, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini olan Şəbir Səmədli bir büküm narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 530 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır