adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Yanvar 2020 09:53
39460
İDMAN
A- A+

Boks yığmamız İstanbulda beynəlxalq turnirdə iştirak edəcək

Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

Azərbaycan Boks Federasiyasından Adalet.az-a bildirilib ki, turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq.