adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Yanvar 2020 15:56
16354
HADİSƏ
A- A+

Gədəbəy sakini keçmiş həyat yoldaşının 5 baş heyvanını oğurlayıb

Mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.