Binəqədidə mebel sexi və taxta materialları yanıb
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 200 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.