adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Günahların ünvanı

ƏBÜLFƏT MƏDƏTOĞLU
64765 | 2020-01-10 18:09

Biz bir bəndə olaraq elə birmissiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımır. Bununxoşbəxt tərəfi olduğu kimi həm məsuliyyətvə hətta hərdən düşünürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə dəbu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv,xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabınaötüşür. Bir nadanın atdığı çaxmaq, bir kütbeyinin, yaxud özündənrazınınçılpaqlığı yanğınlara, müharibələrə, qarşıdurmalara aparır. Deməli, insanqoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyəmeylli varlıqdı. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həmdə Yer üzünün qatili olması birmənalıdı.

Böyük şairlərimizin, xüsusilə MəmmədAraz və Bəxtiyar Vahabzadənin təbiriylə desəm, bir əliylə qurub, bir əliyləuçuran, məndən keçdi qardaşıma dəydi deyən insan oğlu insandı. Biz də bu insan oğluinsanlardan biriyik. Odur ki, xeyirdə də, şərdə də yaxamızı kənara çəkə bilmərik.Bütün günahların bir damarı, bütün sevinclərin də bir xətti məhz bizlərin hərbirindən gəlib keçir. Və bu da düşünən insanı bütün ömür boyu diqqət mərkəzindəsaxlayır. Axı, bizim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq,özümüz də bir balaca silkələnə bilərik. Belə ki, sualların düzülüşünə diqqətyetirin: Kim? Nə? Hara? Kimdən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hara üçün? Vəən böyük sual Niyə???

Hə, bax elə bütün problemlər dəbu niyədədi. Və bu niyə də insanın özüdü - əməlidi, xidmətidi, nəfsidi,kimliyidi, əqidəsidi, məsləkidi, ürəyidi, əlidi... Bax, beləcə, bu suallar ətrafındagünlərlə, aylarla, illərlə düşünə-düşünə günləri aylara, ayları illərəcalayırıq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvanyolu. Biz də o karvanın bir yolçusu,qoşulub gedirik sevincimizlə kədərimizlə birlikdə. Elə gedə-gedə də yaböyüyürük, ya kiçilib xırdalanırıq. Çünki biz zamanın dəyirmanının içərisindəyikaxı. O dəyirman hamını üyüdür. Bir az narın, bir az girdə, bir az da ağnavazedir. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...

Bəli, bax, bu yükünü çəkdiyimizYer üzünün hansı qatında dayanmağımdan asılı olmayaraq, həmişə özü-özümə sualvermişəm:

- Bu yüklər, bu ağrılar nədənqaynaqlanır? Niyə gerçəyin önündə susmalı oluram? Haqqı etiraf etməyə çətinlikçəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizə gətirməkdə tərəddüdlüyük? Yənibizim anlayış hissimiz bu qədər kütləşib? Axı əlimizə batan tikan, dərimizicızan kol özümüzdən asılı olmadan bir "uf" gətirir dünyaya. Dərhal ocızılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatımın bir məqamınaüz tuturam. Gəlinim mənə ağrıkəsici iynə vuranda özümü nə qədər bərk tutsam daufuldadım. Bu halım onu pərişan etdi. Yavaşca, sanki günahını yuyurmuş kimidedi:

- Əmi, iynə göynədəndi...

Üzünə baxıb gülümsədim... Ammayazdım da:


Sən vuran iynə göynətmir

Göynəyir ürək, Fəridə!

Allahın bütün zülmünü -

Eyləyir, ürək, Fəridə!


Baxıb, susub... içdə gülür

Bir əliylə gözün silir...

Ovcunun içi tək bilir -

Neyləyir, ürək, Fəridə!


Yaşıma, halıma baxıb

Fələk ta falıma baxıb!

Məni lap yandırıb yaxıb -

Kövrəlir, ürək, Fəridə!


Üzməsin bu halım səni

Fərəhdi ruhumun təni...

Kədər ta qorxutmaz məni -

Öyrənir, ürək, Fəridə!

Bəli, bu gerçək ağrı həmişəvar, ağrının dərmanı da təbii ki, ortadadı. Sadəcə, onu axtarıb tapmaq, görməklazımdı. Əgər yaranın ağrısını ictimailəşdirsən nə dəyişəcək ki? Hər kəsin"ah"ı, "uf"u öz içinin yanğısıdı. O odda da elə yanmalısanki, tüstü bacadan düz çıxsın. Onu bir sən görürsən, bir yandıran, bir də Tanrı.Belə olan halda qəmli şeirdən tutmuş qorxunc nağıllara kimi hər şey gerçəklikkimi yaşanacaq. Çəkinməyəcəksən, ürpənməyəcəksən və hətta bəzən o şeirlər, oyaşantılar üçün darıxacaqsan. Və belə məqamda mən də könüldən-könülə olan biryolla səni duyub sənə tərəf bir pıçıltı göndərəcəm və deyəcəm ki:


Ürəyimin durumu -

İndi qopmaq anıdı...

Sənə dilənən ömür -

Bil, torpağı sanıdı...


Sıxıram çırpıntılar

Yavaş-yavaş səngiyir...

Dolmuş baxışların da -

Vida üçün ləngiyir...


Bu kövrəlmək sevgiyə

Gülüm, deyil ki, əlbət...

Ölən Əbülfət ilə -

Ölür bu sevgi xəlvət...

***

Yeni ilin həyatımıza qədəmqoyduğu anlardan başlayaraq yaşananları qısa bir zamanın inkişaf xətti üzərindədüzürəm. Necə deyərlər, bu on günün mənzərəsini yaratmağa, onun maliyyəçilərindilində desək, balansını çıxarmaq istəyirəm... Və çox qəribədir ki, on gününhamısı az qala hamısı qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığınabir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçəyin içərisindəayaqda durmaq, sənə sığınanları, sənin içindəkiləri ayaqda saxlamaq heç də asandeyil. Deyə bilərsiniz ki, təkbaşına mücadilələr həmişə çətin olur. Amma mənsizinlə razılaşmıram. Çünki hər birimizin içərisində öz mənimizin tərəfdaşı,ortağı var. Və biz də həmin o ortağımızın güvənini hiss edəndə bir az dayanmaqgücümüz artır. Çox təəssüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkünolmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özüdə fərqli bir istedad, fərqli bir bacarıqdı. Və biz də bu fərqli olanı hərbirimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparırıq getdiyimiz hər yerə...

Təbii ki, içindəki mənin yarısıilə bütün ömür boyu birgə olmaq və bu birliyi sınaqlardan, əzablardan keçirmək,sevincinə qarışmaq şəxsən mənim üçün ən böyük arzu və savabdan biri sayılır.Ona görə də içimdəki mənin yarısını, əslində isə elə sənin özünü bu ömrə, bu həyataTanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığınızaman-zaman deyirəm, yazıram, təkrarlayıram.Hətta hərdən hissləri çilovlaya bilməyəndə yalvarışa da meyl edirəm.Açıq mətnlə kimsəni nəzərə almadan, nəyisə gözdən qaçırmadan az qala bəyanat şəklindəvurğulayıram:


Yorulmuş ürəyimin

Dözümünü götür, gəl...

Qor olmuş diləyimin -

Çözümünü götür, gəl...


Dizim hər gün bükülür

İçim qat-qat sökülür...

Göyə dəyib tökülür -

Öz ünümü götür, gəl...


Gözüm yolu geyib ta

Gözümü yol yeyib ta...

Sən Tanrıya deyib ta -

Özülümü götür, gəl...


Daşam, ağacam, otam

Bizi yaradıb O tam!

Sənsiz buzlayır odam -

Köz ömrümü götür, gəl!

Zənnimcə, bu ismarıc, buyalvarış məni, elə onun özünü dəalçaltmır, kiçiltmir, xırdalamır. Ona görə ki, bu içdən gəlir. İçimdəki məninyarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimiifadə olunur. Sadəcə, görmək istəyən mənim dediklərimi, yazdıqlarımı duyur,görür, istəməyən isə...

İndinin özündə belə yazdıqlarımıntəsiri altında olmaqla bahəm, həm də bir az kənar adam kimi bu fikirlərə gözyetirirəm, saf-çürük edirəm. Oxucuya çatdırdığım məntiqin necə qarşılanacağınıanlamaq istəyirəm... Və anlamağa çalışdığım istəklərin fonunda yenə mənzərəcanlanır.

O mənzərə də bütövlükdəsevgidi! Birmənalı şəkildə anlayıram ki, sevgisiz heç nə mümkün deyil. Bunun daən böyük sübutu Allahın bəndəni sevgidən yaratmasıdı. Biz sevgidən yarandığımızüçün içimizdə beşikdən məzara qədər sevgi daşıyırıq. Hətta mən sənə yazmışamki:


Sən ömrümdə tər çiçək

Bir tala, bir vər çiçək...

Sən olmaz ki, hər çiçək -

Sevgisiz!


Baxışında düzüm, nur

Elə bax ki, üzüm, nur...

İçilməz ki, süzüm nur -

Sevgisiz!


Tanrı sevgisi bələk

Mən əl açan, sən mələk...

Qoyma ölüm, mən fələk -

Sevgisiz!


Sən Tanrıda BİR Sən də

And yerim ol pir səndə!

Öləcək o sirr səndə -

Sevgisiz!


Bitir daha hovurum

Yazıq ömrü qovurum...

Tay nə qədər sovurum -

Sevgisiz!


Ruh ki kükrədi, coşdu

Əzabları da xoşdu!

Cənnət gerçəksə boşdu -

Sevgisiz!

Yəqin ki, bu şeirin də ovqatınakimsə fərqli baxacaq, nəsə qatmağa çalışacaq. Amma nə olur-olsun gerçəkduyğuların ifadəsini gizlətmək olmaz. Üstəlik həm də bu gerçək olanlar sevgidisə,özü də haqdan gələn sevgidisə, onu ümumiyyətlə görməmək mümkün deyil. Öz şəxsimdəzaman-zaman sınadığım bu məntiq məni bütün suallarla üz-üzə, baş-başa gətirdiyianda belə birmənalı olaraq haqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbuletmişəm və yazmışam ki:

Elə günüm

olmur ki,

olüb dirilməyim?

möcüzədi vallah

hər gün

ölməyim,

həm də dirilməyim -

Allah!..

Mən sənə sığınıb

ümidləndim -

ümidnən idim

üstündən qanadın

bir az yığılıb -

qoy kölgəndə

itim...

Allahım!

bəndə haqqımı

iynə ucu iddia

düşmür yadıma,

gəlmir ağlıma

sən

necə istəyirsən

elə də çıx axrıma,

Allahım!

Lap sürünə-sürünə

olsa belə

inanki,

dilənməyəcəm

ammasən birin

OBİR təki

gözyaşın

sevgikimi

bükəcəkdadıma...

***

Adətənbir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətlə hərtərəfdən hansısa təsirlər, hansısa yanaşmalar, bəzən basqılar daqaçılmazdı. Ona görə də istənilən yazıfikir qırıqlığı, söz dolaşıqlığı normal sayılır mənim üçün. Axı mən də bu cəmiyyətdə, bu camiyədə yaşayıram vəbaş verən hər şeyin əvvəldə dediyim kimi mənə də dəxli var. Onun uğurlu,faydalı hissəsi də zərərli, günahlı bölümü də mənim adımda zərrəninmilyardlarda biri qədər etiva olunubdu...

Demək bu gerçək həm də düşünməkvə düşündüklərini özünün həyat kredomda ifadə etmək müstəvisini də sərgiləyir.Ona görə də həyatın nə sualından qaçmaq lazımdı, nə də cavabından imtina etmək.Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaçılmazdı. Biz də oqaçılmaz olanın predmetiyik. Hətta bəzən silah meydanında oluruq...

Hə, sınandığımız, sevgisi vəsevinci, əzabı və möhlətiylə bizi əhatə edən bu dünyanın bir iynə boyda hüceyrəsiolmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirəsən.Bax, mənim sözümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axı bu həyatsevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb.Elə bizim sevgimiz də!


TƏQVİM / ARXİV