adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Yanvar 2020 16:05
17472
GÜNDƏM
A- A+

Avtomobillərdən oğurluq edən keçmiş məhkum saxlanıldı

Sumqayıt şəhərində avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən mobil telefon, gödəkçə, monitor, maqnitofon və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini Z.Nurəliyev saxlanılıb.

Bildirilir ki, adı çəkilən şəxs əvvəllər də məhkum olunub.