adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Yanvar 2020 15:40
91561
HÜQUQ
A- A+

Tərəflər razılığa gəldi?

Bu gün Yasamal Rayon Məhkəməsində iddiaçı-jurnalist Əntiqə Rəşirdin (Aslanova) iddia ərizəsinə uyğun olaraq məhkəmə iclası keçirilmişdir. Məhkəmədə tərəflərin çıxışlarından sonra işə baxan hakim Emin Mehdiyevin tövsiyəsi ilə tərəflər arasında razılaşma anlaşması imzalanmağa qərar verildi.

Adalet. az xəbər verir ki, hər iki tərəfin razılığı ilə ərizə yazılmış, iddiaçı Əntiqə Rəşidin 2 aylıq əmək haqqının (240+240) ödənməsi və iddia ərizəsinə xitam verilməməsi tərəflər arasında razılaşdırıldı. Əmək haqqının ödənməsi mart ayından başlayaraq may ayının sonuna qədər verilməsi nəzərdə tululdu.

Qeyd edək ki, 12 noyabr 2019-cu ildə Əntiqə Rəşid (Aslanova) "Qarabağ” qəzetində 15 il işləməsinə baxmayaraq, konkret bir səbəb göstərilmədən işindən çıxarılmışdır. Bununla bağlı iddiaçı sosial şəbəkələrdə müraciət ünvanlamış, qəzet rəhbərliyi onu işinə geri qaytarmadığı üçün məhkəməyə müraciət etmişdi.