adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Yanvar 2020 15:15
36309
DÜNYA
A- A+

GENERALI ÖLDÜRMƏK FİKRİNİ TRAMPA O VERİB?

ABŞ Dövlət katibi Maykl Pompeo iranlı general Qasım Süleymaninin öldürülməsi ideyasını irəli sürən şəxs olub. Bu barədə CNN Pentaqondakı mənbələrinə istinadən xəbər verib.

Qeyd olunur ki, Süleymani Pompeonun on il ərzində "əsas hədəfi" olub. Və guya Dövlət katibi ABŞ prezidenti Donald Trampa iranlı generalı aradan götürməyi təklif etmək üçün fürsət gözləyirmiş.

Pompeonun Tehranı "Yaxın Şərqdəki bütün problemlərin kökü" hesab etdiyiiddia edilir. Pentaqon mənbələri əlavə edib ki, hələ 2016-cı ildə Kanzasdan konqresmen olarkən Pompeo Süleymanini izləmək üçün İrana viza almağa səy də göstərmişdi. "Ancaq bu, (Pompeonun) generalla şəxsi hesablarının olması demək deyil. Axı o, həqiqətən də terrorçu idi "- deyə mənbə bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi ABŞ kəşfiyyatında öldürülən İran generalının planlaşdırıldığı ehtimal olunan hücumlar barədə məlumat olmadığını bildirmişdi: "Şübhə yoxdur ki, Qasım Süleymaninin planlaşdırdığı bir sıra hücumlar olub. Dəqiq harada və nə zaman olduğunu bilmirik. Ancaq bu, həqiqət idi ".

Amerikalı konqresmen Adam Şiff isə bildirib ki, Donald Trampın Qasim Süleymaninin öldürülməsi ilə bağlı verdiyi sərəncam ehtiyatsız addım idi və ABŞ üçün strateji problemlər yaradacaq: "Mən bunu ehtiyatsız qərar hesab edirəm və nəticədə bütün dünyada amerikalılara qarşı təhlükə artdı. Dövlət katibi Mayk Pompeo deyir ki, Süleymaninin öldürülməsi amerikalılar və avropalıların həyatını xilas edir. Amma o, bunu öz nöqteyi-nəzərindən deyir, kəşfiyyat məlumatlarına əsaslanmır”.

Onu da qeyd edək ki, Amerika lideri daha əvvəl də Süleymaninin ABŞ səfirliklərindən birini partlatmağı planlaşdırdığını qeyd etmişdi. Ancaq o, hansı diplomatik nümayəndəliyin olduğunu açıqlamamışdı.

MEHRİBAN