adalet.az header logo
  • Bakı 20°C

Sosial mediyada “İran-Amerika” lağlağısı – Can Ataklı

26137 | 2020-01-11 13:01
Sosial mediyada bir çox adam öz profilində dünyanın ürəyini ağzına gətirən "İran-Amerika skandalı”nın saxta olduğuna inanır.

Dünən sosial mediyada başlayan "lağ-lağı”nı görməyənlər üçün təqdim etmək istəyirəm.






Trump: Sən neçə raket atacaqsan?

İRAN: 10 bəsdirmi?

Trump: İndilik bəsdir.

İRAN: Bir yer de, ora atım.

Trump: Bizim boşaltdığımız bazalara atın.

İRAN: Məntiqlidir.

Trump: Koordinatları verərik, səhv yerə atmayın.

İRAN: Ayıbdı ki… Bizdə səhv olmaq, nə deyiriksə, odur.

Trump: Öpdüm, canım.

İRAN: Bye..


***

İRAN: Bir şey də soruşacam.

Trump: Soruş, canım.

İRAN: "80 ABŞ əsgəri öldürdük” deyəkmi?

Trump: De, canım. Yalandan kim ölüb ki…

İRAN: Tmm cnm.

Trump: Tmm cnm. Biz bir gün sonra deyərik ki, yallandı, məqsəd odur ki, dünya iqtisadiyyatı biraz yerindən oynasın.


***


İRAN: Bir də narahat edirəm, bro. Sizə vurmaq istəyirdik, Ukrayna təyyarəsini vurduq.

Trump: Ohh yeah! Day de ki, gündəm dəyişdi də.

İRAN: Hələ müharibə etmirik, cənazədə 80, təyyarədə 180, təxminən 300 adam öldü. Gör müharibə etsək nə olar?!

Trump: Camooon maaan! Ürəyini sıxma.

İRAN: Ürəksən...


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV