adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Yanvar 2020 12:48
24031
GÜNDƏM
A- A+

Təyyarə İran raketi ilə vurulub - VİDEO

Adalet.az xarici informasiya agentliklərinə istinadən bildirir ki, İran beynəlxalq hava limanında qəzaya uğrayan sərnişin təyyarəsi İrana məxsus Tor zenit-raket qurğuları tərəfindən buraxılan raketlə vurulub. Bu barədə Kanadanın baş naziri Castin Trudo rəsmi bəyanat verib. Böyük Britaniyanın baş naziri Boris Conson da eyni məzmunlu açıqlamayla çıxış edib. Xatırladaq ki, təyyarəyə atəş açılmasının görüntülərini qəza nəticəsində həlak olan Ukraynalı stüardessa ölümündən anlar öncə öz instaqram səhifəsində paylaşmağa imkan tapmışdı.

Hadisə nəticəsində 9 nəfər ekipaj üzvü də daxil olmaqla 176 nəfər həlak olub. İlkin versiyaya görə İran təyyarəni səhvən ABŞ hərbi uçağı hesab etdiyinə görə vurub. Ölənlərin 82 nəfəri elə İranın öz vətəndaşlarıdır. Qalan sərnişinlər Kanada və digər Qərb ölkələrinin vətəndaşları olsalar da onların da mütləq əksəriyyəti İran əsillidir.

Sərnişin təyyarələrinin hərbi təyyarə hesab edilərək səhvən vurulması praktikasına əvvəllər də rast gəlinib. Amma öz aeroportundan uçan təyyarənin səhv salınmasını başa düşmək mümkün deyil. Üstəlik, belə banal səhvin müəlliflərinin dünyaya meydan oxumaq eşqinə düşməsi isə əsl məşəqqətdir.