adalet.az header logo
  • Bakı 13°C
11 Yanvar 2020 14:45
20606
GÜNDƏM
A- A+

Trumpdan şok “Qasım Süleymani” iddiası

ABŞ prezidenti Donald Trump ortaya 3 yanvar öldürülən İran İnqilab Keşikçiləri komandiri general Qasım Süleymani ilə bağlı müzakirələrə səbəb olan bir iddia atıb.

Adalet.az xəbər verir ki Trump Süleymaninin ABŞ-ın İraqdakı səfirliyini havaya uçurtmağı planlaşdırdığını deyib. Pentaqondan Trumpın iddiasına dəstək gəlib.


"Ağ ev”də jurnalistlərlə görüşündə Trump "Bir canavar tutduq və onu öldürdük. Əslində bu, çoxdan olmalıydı. Səfirliyimizi havaya uçurtmağı planlaşdırdıqları üçün bunu etdik” deyə bu məsələ ilə bağlı yeni müzakirələrə yol açıb.

Trump bu hərbi əməliyyatı dekabrın axırlarında İraqdakı hərbi bazaya yönəlmiş, bir sivil ABŞ vətəndaşının da öldüyü İran hücumuna cavab olduğunu da vurğulayıb.

ABŞ-ın həmin hücumundan sonra İranın dəstəklədiyi şiə milislər ABŞ-ın Bağdaddakı səfirliyinə basqın etmiş və ABŞ-la İran arasında gərginlik pik həddə çatmışdı.


Trump həmçinin əlavə edib ki, bu tamamən təşkil olunmuş bir oyun idi. Kimin qurduğunu isə yaxşı bilirsiniz. O adam artıq yoxdur. Oldumu? Ağlında o səfirlikdən daha artığı var idi.

Trumpın bu iddiasına ABŞ Müdafiə Nazirliyinin səlahiyyətli işçisi də dəstək verib. Məxfiliyi qorunan səlahiyyətli şəxs Reuters”a danışarkən Trumpun dediklərini təsdiqləyərək "Süleymani Bağdaddakı ABŞ səfirliyini partlatmaq istəyirdi” deyib və bu əməliyyatla bağlı başqa heç nə danışmayıb.