adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Yanvar 2020 10:22
35730
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÜSTÜMƏ

Ürək şüşə, göz də yaş
Çətin yanır , közdə yaş...
Dilindəki söz də daş -
Dillənib at, üstümə...

Ümid çınqı, "ah" dəniz
Sönər, yanar gah dəniz...
Dərdə dərman - şah dəniz -
ilğım tək yat, üstümə...

Əl soyuq, yeriş ağır
Baxışım bulud sağır...
Gör necə sakit baxır -
Qoyub hər ad, üstümə...

Baxın, görün... keçməyin...
Sahibiyəm heç nəyin!
Mənə sevinc seçməyin -
Düşəcək çat, üstümə!...

Hələ kiprik silirəm...
hələ ... guya gülürəm!
Qabaracaq bilirəm -
Bir gün həyat üstümə!..