Əbülfət MƏDƏTOĞLU: “AZMIŞAM ÖZ İÇİMDƏ”

ƏBÜLFƏT MƏDƏTOĞLU
53239 | 2020-01-11 10:13

Yazıya çoxuzaqdan başlayacam, lap uzaqdan... Ona görə ki, həmsöhbət olduğum Adil Cəfakeşöz şeirlərilə, oz ovqatıyla da çox uzaqlardan gələn adamdı. Ona hansı tərəfdənbaxıramsa, yenə yaxın olduğu qədər də uzaqda dayandığını görürəm. Əvvəl bunun fərqinəvarmırdım və mənə elə gəlirdi ki, hardasa hissə qapılıram, ya da hansısa birfikrin təsiri altındayam. Lakin Adili oxuduqca, imzasını izlədikcə və ən vacibiözü ilə oturub həmsöhbət olduqca gördüm ki, Adil Cəfakeş uzaqdan, qədimdən gəlir.Yəni Laçının çal-çağırlı, hay- haraylı, sazlı-sözlü, elli-obalı, DədəmQorquddan başlayan tarixindən gəlir. Bu tarixin, bu yaddaşın cizgiləri, hərarəti,ətri, illah da ki, bal kimi ağız tamı hopubdu Adilin ruhuna, söhbətlərinə,yazılarına. Ona görə də vərəqi çevirəndə qəflətən dünəninlə qarşılaşmış kimidonub qalırsan yerində. Və həmin an sənin yaddaşının qapısını Adilin səsidöyür. O səs:


Əlim çatmayandağlara

Salam eey,salam eey!

Heç demirsizhardadı

Balam eey, balameey!


Tavanımtökülübdü,

Kün-bucaqsökülübdü.

Qamışdantikilibdi,

Qalam eey, qalameey!


Bağlayıblar əlimi,

Bəm ediblər zilimi

Kəsibdilərdilimi,

Lalam eey, lalameey!


Alın yazımyazımı,

Bəxtim bundanrazımı?

Əlim yatmırsazımı,

Çalam eey, çalameey!


Köhnə dəbdi laldəbim,

Yox pul kisəm,yox cibim.

Harda qaldın aybibim,

Xalam eey, xalameey!


Zərim qalıb "sə-birdə”,

Ömür deyil ömürdə.

Məni yemir qəbirdə,

Kalam eey, kalameey!


Sizi de yə bilmərəm,mən bu şeiri, daha doğrusu, Adilin bu içdən gələn ağıya, bayatıya, laylayaçevrilmiş duyğularını dinlədikcə ölün dirilirəm. Elə bilirəm ki, Adilindağlardan uzaq düşməsinin günahkarı mənəm. Elə bilirəm ki, günahkar olduğumuAdil bilir, amma üzümə vurmur. Ona görə vurmur ki, hər gün ölüb dirilməyimi istəyir...hər gün onun əzablarıyla bir yerdə olmağımı arzualyır... Hətta mənə gəlibçatsın deyə üzünü haməya tutub söyləyir ki:




Oxuyun, tərifetməyin,

Mərsiyədi, ağıdıbu!

Laçınımın həsrətidi,

Xocalımın dağıdıbu!


Çox hökmlə, həmdə çox ərklə deyilib bu fikir. Onu qarşısından geri çəkilmək, ona etiraz etməkmümkün olmur. Və beləcə, məcbur olub yenə qayıdırsan Adilin dərslərinin ocaqbaşına, yenə əlini həmin ocağın oduna-közünə tutursan. Və səninlə üz-üzə oturanAdilin söhbətinı qulaq asırsan. Adil gecə yuxusuna girmiş kəndindən danışır, səndə qulaq asırsan. Onu dinləyə-dinləyə Adilin evinin həyət-bacasından tutmuşotaqlarına, əl damına qədər hər yerə baş çəkirsən. Yük üstündə yatılıqalmış ala pişikdən tövlədəki buzovdan,danadan, hindəki toyuq-cücədən, qaymaqdan, nehrədən, nənəsinin cəhrəsindən,babasının ovxarlı dəhrəsindən, atın ipindən... bir sözlə, kənd adımına aid hər şeydən, hər kəsdən danışırAdil. Hətta qonşuları Bahadur kişini də unutmir və sonda da deyir ki:


Adiləm, mindiyimyəhərə kimi,

Lap boz eşşəyimdənkəhərə kimi.

Keçmişi yaşadımsəhərə kimi,

Bu gecə yuxumagirmişdi kəndim.


Bu yuxudanayılmaq kimə rahatlıq gətirər? Kimi öldürüb diriltməz? Kimi havalandırmaz?Suallar çoxdur. Və mən də bütün bu sualların cavabını özümdə axtara-axtaraoxuyuram Adili. Adil də məndən soruşur ki, oxuya bilirsənmi, dediklərim,yazdıqlarım sənə çatırmı? Mən də onun haqlı suallarına ya susmaqla, ya da onunöz misralarıyla cavab verməli oluram. Adil özü yazır ki:


Əl atıb tutmağayoxdu dəstəyim,

Mən kimiçağırım, kimi səsləyim?

Adiləm, baştutmur heç bir istəyim,

Bu nə möcüzədi,nə sirdi məndə?


Və yaxud:


Mən zamandan dərdalmışam havayı,

Ömrüm, di durqov həftəni, qov ay,

Cəfakeşəm hələ məndənsavayı,

Donan yox busoyuqluğun içində.


Adil Cəfakeşin"Azmışam öz içimdə” kitabını oxuduqca mənəelə gəlir ki, onun bütün istək və arzusu xalqın öz diliylə unutmaqda olduğu dəyərləriözünə çatdırmaqdı. Yəni bu şeirin müxtəlif üslublarında süstlənən fikirlərbütövlükdə folklorumuzun qoşmasını, bayatısını, gəraylısını, təcnisini,laylasını, hətta müəyyən məqamda ağılarını belə diriltmiş olur. Yəni buüslubların ölümsüzlüyü ortaya qaytarılır, milli olan yaradıcılıq çeşidlərimizyenidən qanadlanır. Təbii ki, bunu kimlərsə köh nəlik, müasir şeirdən uzaqlaşmakimi görüb qeyd edə bilər. Amma mən bu kökə söykənməli hər zaman yüksək dəyərləndirmişəm.Çünki burda xalqın özü var, özlüyü və sözlüyü ortadadı. Elə bax, bu şüirin özündəki kimi:


Ətirli dağ çiçəyim,

Təzə tərimsən mənim.

Məni məndən alanım,

Nazlı pərimsən mənim.


Əl çatanbucağımsan,

Qoynumsan,qucağımsan.

Sən sevgiocağımsan,

Sevgi pirimsən mənim.


Ay gövhərim, ayincim,

Sən xoş anım,sevincim.

Siyahıdabirincim,

Elə birimsən mənim.


Qəlbim sənə şahyeri,

Gəl, gah otur,gah yeri.

Eşqimin pənahyeri,

Ümid yerimsən mənim.


Nə gizlədim, nədanım,

A axşamım, adanım.

Eşq nərdimdəudanım,

Qoşa zərimsən mənim.


Sızdım, bulaq təksızdım,

Nə çaşdım, nəyol azdım.

Səni şövq iləyazdım,

Şah əsərimsən mənim.


Bəli, Adil CəfakeşLaçınsız həyatını Laçınlı etmək üçün sözə sığınıb, qələmə söykənib. Ona elə gəlirki, elə söz də, qələm də Adilə pənah gətirib, mehr salıb. Yoxsa Laçınsız qalansöz və qələm çoxdan qurumuşdu.

Qələminə, sözünəqüvvət, Adil Cəfakeş! Onları təkcə Tanrı umuduna buraxma, ürəyinə də tapşır...


TƏQVİM / ARXİV