adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Yanvar 2020 15:49
36745
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: RUHUN ÜSYANI...

Elə günum olmur ki,

ölüb - dirilməyim...
Möcüzədi vallah -
hər gün
ölməyim,
həm dirilməyim...

Mən sənə sığınıb
ümidləndim -
ümidnən idim...
Üstümdən qanadın
bir az yığılıb,
qoy kölgəndə itim...

Bəndə haqqıma
iynə ucu iddia
düşmür yadıma,
gəlmir ağlıma...
Sən hecə istəyirsən
elə də
çıx, axrıma...

Lap
sürünə - sürünə
olsa belə,
inan ki,
dilənməyəcəm...
Amma ,
SƏN BİRİN
o Bir təki -
Göz yaşın
Sevgi kimi -
bükəcəkdi adıma...
Allah...