adalet.az header logo
  • Bakı 12°C
11 Yanvar 2020 11:24
19312
GÜNDƏM
A- A+

BİRİNİN ƏVƏZİNƏ ONUNU

Gərək ki, ya 94-cü iliydi, ya da 95, neofaşistlər Almaniyada türklərin evlərini yandırmağa başladılar. Onda Alparslan Türkeş Almaniyadakı bozqurdlarına belə bir əmr verdi: hər yandırılan türk evinə qarşılıq on alman evi yandırılsın. Bozqurdlar hərəkətə keçdi. Heç üç ev yandırmamış neofaşistlər geri çəkildi və Almaniyada türklərin evini yandıranları tapıb həbs elədilər.

İndi ermənilər həm Qarabağda, həm də sərhəd bölgələrində nəinki əsgərləri, hətta dinc əhalini qətlə yetirirlər. Azərbaycan əsgəri heç vaxt dinc erməni əhalisinə nə Qarabağ savaşı zamanı, nə də sonra silah işlətməyiblər.

Amma indi əgər bir əsgərimiz snayperlə vurulursa, gərək biz də ermənilərin on əsgərini cəhənnəmə vasil edək. Onda qələt edib snayperlərini sıxarlar gündöyməzlərinə.