adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2020 14:47
52947
KRİMİNAL
A- A+

Bakıda keçmiş məhkumlar oğurluq üstündə saxlanıldılar

Bakıda keçmiş məhkum mağazadan 3000 manat oğurlayıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən xəbər verilib.

Məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 3000 manat və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş E.Alıyev saxlanılıb.

DİN-dən daxil olan digər məlumatda isə bildirilir ki, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 650 manat və 8000 ABŞ dolları, habelə gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev də saxlanılıb.