Yeni ilin qorxuducu mənzərəsi
Yeni ilin ilk ongünlüyünü arxada qoyuruq. Amma geri baxmaq, olanları bir də nəzərdən keçirmək ehtiyacı duyuruq.
Yeni ildə insan faciəsi
ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb.İran qisas əməliyyatına başladı:İraqdakı ABŞ bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.
İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi 8 min fut yüksəkliyə qalxdıqdan sonra onun məlumatları radardan itib, təyyarə yüksəkliyi itirərək yerə çırpılıb. Təyyarənin əyləncə parkında yerə çırpılması ilə partlayış baş verib.
Təyyarədə olan 179 sərnişin və 9 nəfər ekipaj heyəti həlak olub. Təyyarədə 146 İran vətəndaşı, 10 Əfqanıstan vətəndaşı, 5 Kanada vətəndaşı, 4 İsveç vətəndaşı, 11 Ukrayna vətəndaşı olub.
***
Yeni ildə flora və fauna faciəsi
Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb.
Bu barədə "TASS” agentliyi bununla bağlı tədqiqat aparan alimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbər verib.
Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.
Qeyd edilir ki, təbiət hadisəsi Yeni Cənubi Uelys ştatının mərkəzi və şimali sahilyanı ərazilərində minlərlə koalanı, eləcə də digər nadir heyvan növlərini öldürüb.
Beləki, 10 mindən artıq dəvənin həddən artıq su içməsinin qarşısını almaq üçün vertolyotdan vurularaq öldürüləcəyi bəyan edilib.
Rəhbərliyin təmsilçisi Marita Beyker deyib: "İsti və narahat şəraitdə sıxışıb qalmış vəziyyətdəyik, özümüzü narahat hiss edirik, çünki dəvələr çəpərləri aşırıb içəri girirlər, evlərin ətrafına toplaşırlar, kondisionerlərdən damlayan suları içməyə çalışırlar”.
Ölkə ərazisində dəvələrin ümumi sayının 1,2 milyona bərabər olduğu güman edilir. Əməliyyatın 5 gün davam eləməsi planlaşdırılır.
Ötən il Avstraliya hökuməti ölkədəki yerli heyvan növlərini məhv edən vəhşi pişikləri öldürmək üçün zəhərli sosiskalardan istifadə edəcəyini bəyan eləmişdi. 2020-ci ilə qədər 2 milyon pişiyi öldürmək planlaşdırılırdı.
Yeni ilim kahin və alimlərinin təhlükəli hesablaması
Kahin: Bir sıra önəmli proqnozları ilə gündəmə gələn astroloq Jean Dixonun 2020-ci il üçün söylədikləri ortaya çıxıb.
Bir neçə ABŞ Prezidentinə müşavirlik etmiş bu şəxsin gələcəklə bağlı söylədiyi bir çox proqnoz özünü doğuldub. O, ölkəsinin 20-ci əsrdəki ən yaxşı psixoloq və astroloqlarından biriydi.
Onun ən doğru proqnozu isə Prezident Kennedinin sui-qəsdi idi. Dixon 1956-cı ildə "Parade” jurnalında 1960-cı ildə "əməyin hakim olacağını və bir demokrat tərəfindən qazanılacağını” bildirdi. Ardınca Con Kennedinin sui-qəsdə məruz qalacağını dedi.
1971-ci ildə "The Call to Glory” (Zəfər Çağrısı) adlı kitabında "2020-2030-cu ildə İsa Məsihin gerçək olacaq ikinci gəlişi yaşanacaq”,- deyə yazmışdı. Dixon bildirirdi ki, Armagedon müharibəsi də 2020-ci ildə olacaq və 2030-cu ildə başa çatacaq. Dixonun proqnozuna görə, bundan sonra dünya məhv olacaq.
Bunu rusiyalı alim, "Roskosmos"un əməkdaşı İqor Bakaras deyib.
Alimin sözlərinə görə, məhz 65 milyon il əvvəl dinozavrlar bu cür asteroid və kometlərə görə məhv olub. Meksikanın cənub sahillərindəki 300 kilometrlik Çiksulub krateri bunun sübutudur.
Bakaras qeyd edib ki, hətta diametri 1 kilometrə çatan balaca asteroidlər belə qlobal faciəyə gətirib çıxara bilər.
Allah dünyamızı qorusun!
Əntiqə Rəşid