adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Yanvar 2020 13:11
17129
MƏMLƏKƏT
A- A+

Badamdar yolu tamamilə bağlandı - 4-5 metr hündürlüyündə torpaq kütləsi...

Respublika Seysmoloji Xidmət Mərkəzini baş direktorunun rəhbərliyi ilə Badamdardakı sürüşmə zonasına baxış keçirilib.

Mərkəzdən verilən məlumata görə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər.

Baxış zamanı sürüşmənəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.

Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparmışdır. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdır.