adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Yanvar 2020 12:00
10041
HADİSƏ
A- A+

Yevlaxda partlayış: Xəsarət alan var

Yevlax şəhərində ümumi sahəsi 36 kvadratmetr olan qazanxanada yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az -a verilən məlumata görə, partlayış dalğasının təsirindən qazanxanaya ciddi ziyan dəyib. Yanğın zamanı bir nəfər xəsarət alıb.

Qazanxana yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.