adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Yanvar 2020 16:12
12601
GÜNDƏM
A- A+

Avropa İttifaqı Şurasının sədri Ərdoğanla regiondakı gərginliyi müzakirə edəcək

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel yanvarın 11-də Türkiyəyə səfər edəcək.

Adalet.az-ın məlumatına görə, səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Qeyd olunur ki, Ş.Mişel regionda gərginliyin azaldılması üçün dialoqun tərəfdarıdır:

"Türkiyə regionda sabitliyin təmin olunmasında vacib iştirakçıdır və Avropa İttifaqı Şurasının sədrinin İstanbula səfəri bununla bağlıdır”.