adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Yanvar 2020 14:51
46140
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: FƏRİDƏ

Sən vuran iynə göynətmir
Göynəyir ürək , Fəridə...
Allahın bütün zülümün -
Eyləyir ürək, Fəridə...

Baxır, susur...içdə gülür
Bir əliylə gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!

Yaşıma, halıma baxıb
Fələk ta falıma baxıb...
Məni lap yandırıb, yaxıb -
Kövrəlir ürək, Fəridə!

Üzməsin bu halım səni
Fərəhdi ruhumun təni!
Kədər ta qorxutmaz məni -
Öyrənir ürək, Fəridə!..