adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Yanvar 2020 09:00
39090
GÜNDƏM
A- A+

HAKİMLƏR TƏCAVÜZÇÜNÜ EŞŞƏKLƏ EVLƏNDİRƏ BİLƏRDİLƏR?!

Qardaş Türkiyə qadınların və azyaşlıların ən çox təcavüzə uğradığı bir ölkəyə çevrilməkdədi. Bunun qarşısını almaq üçün başbilənlər çox qəribə bir qanun layihəsi hazırlayıb Parlamentə təqdim etmək istəyirlər. Yəqin ki istəklərinə də çatacaqlar.

Nədi bu? Deməli, belə bir qanun çıxarmaq istəyirlər ki, əgər təcavüz edən təcavüzə uğrayanla ailə həyatı qurarsa, cinayət məsuliyyətindən azad olunur. Bütün dünyada analoqu olmayan bir qanun olacaq.

Deməli, Türkiyədə bir nəfər qonşusunun eşşəyinə təcavüz edib, qonşusu da şikayətçi olub. Məhkəmə təcavüzçüyə gərək ki, 325 lirə cərimə kəsib və deyib yaxşı yol.

Yuxarıda dediyim qanun qəbul olunsaydı, güman ki hakimlər həmin təcavüzçünü eşşəklə evlənməyə məcbur edə bilərdilər.

Və bunu yazdığıma görə də sevgili oxuculardan artıq dərəcədə üzr istəyirəm. Sadəcə olaraq dünyada necə axmaq qanunların olduğunu çatdırmaq istədim.