adalet.az header logo
  • Bakı 19°C
08 Yanvar 2020 13:38
29089
SİYASƏT
A- A+

Ruhani: İran ABŞ-ı regiondan sıxışdırıb çıxaracaq

İran ABŞ-ı regiondan sıxışdırıb çıxaracaq.

Trend-in İrandakı xüsusi müxbirinin məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani hökumətin iclasında deyib.

İclas zamanı çıxış edən Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın ABŞ-la danışıqlar aparmaq niyyətində olmadığını deyib.

Nazir bildirib ki, İranın cavab zərbəsinin yeganə məqsədi ABŞ-ı regiondan çıxarmaqdır.

O əlavə edib ki, zərbə iranlı general Qasım Süleymaninin öldürüldüyü zaman istifadə olunan dronun buraxıldığı bazaya endirilib.