adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Yanvar 2020 08:42
63468
MƏMLƏKƏT
A- A+

Aparıcı Xoşqədəmdən reklamlı reaksiya - Qənirə Paşayevadan sanballı cavab

Hazırda ictimaiyyəti sarsıdan və diqqətləri özünə çəkən ötən ilin noyabrında itkin düşən və ötən gün meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı faciəsi gündəmi məşğul edən ən həssas olaydı. Bu hadisəyə Millət vəkili Qənirə Paşayeva da etinasız qalmayıb və öz sosial hesabında Nərmin Quliyeva ilə bağlı paylaşım edib. Deputatın yazdıqlarına aparıcı Xoşqədəm Baxşəliyeva sərt reaksiya verib və onu qınayıb: "Nərmin itəndə sizi orada görmək istəyərdim, ölüsü ortaya çıxdıqdan sonra yox, hörmətli Qənirə xanım. Həftələrdir bu axtarış gedir.Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər, bağışla".

Adalet.az xəbər verir ki, aparıcı millət vəkili Qənirə Paşayeva haqqında bildirdiyi bu sözlər yeni bir qalmaqalın əsasını qoyub.

Q.Paşayeva Xoşqədəmin qınağına tutarlı cavab verərək bildirib ki, o dairənin Millət vəkili deyil:” Mən o dairənin Millət vəkili olmasam da, hüquq mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Daim maraqlana bilərəm, hüquq mühafizə orqanları da bu məsələ ilə bağlı nə qədər maraqlandığımı bilir.Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsiniz, o cür də edə bilərsiniz. Amma gerçəkləri bilin istədim"

Bu cavabdan qane olmayan aparıcı israrla öz dediyini təkrar edib: "Ola bilər, amma bu axtarışda şəxsən iştirak edən biri kimi bunun şahidi olmadım. Bunu yalnız sizə yaza bilərəm, uman yerdən küsərlər, dedim" sözləriniəlavə edib.

Qənirə Paşayeva yenidən təmkin və səbrlə aparıcıya səlahiyyətlərini və qanun çərçivəsində ancaq edə biləcəyi işləri söyləmək zorunda qalıb: "Hüquq mühafizə orqanlarına müraciət edirik. Millət vəkili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesdə sizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz edərdik. Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə davamlı hüquq mühafizə orqanlarına müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. "Uman yerdən küsərlər" fikrinizə sayğı ilə yanaşıram.Amma bu cür işlərdə ancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilirik" .

Yəqin ki, bu müzakirədə kimin reklam arxasınca qacması, kimin daha sanballı və düşünülmüş addım atması oxucuların hamısına məlumdu.

Dərhal ağlımıza bir fikir gəldi: Deputatın telefon nömrəsi əksəriyyətimizdə var. Zənnimizcə, "uman yerdən küsərlər” deyən aparıcı "küsdüyünü” ictimailəşdirmədən də ünvana çatdıra bilərdi.

Əntiqə Rəşid