adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Yanvar 2020 10:55
17564
MƏMLƏKƏT
A- A+

FHN vətəndaşlara müraciət etdi

Yanvarın 8-də saat 08:11-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanda yerləşən "Binə” ticarət mərkəzinin 7-ci sırasında mağazada yanğın hadisəsinin baş verməsi barədə FHN-nə məlumat daxil olub.

Adalet.az-ın xəbərinə görə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib ki, yanğın geniş sahəyə yayılmadan, yanğınsöndürmə bölmələri hadisə yerinə çatanadək mağazanın sahibi tərəfindən söndürülüb.

Yanğına mağazanın 1 m2 sahəsi məruz qalıb.

Yanğının mağazanın elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində baş verdiyi güman edilir. Hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilməsinin vacibliyini bir daha vətəndaşların diqqətinə çatdırır, gündəlik həyatımızda aşkar edilmiş hər bir qayda pozuntusu barədə 112 "Qaynar xətt”inə müraciət etməyi, hər bir qüsuru ictimai qınaq obyekti və hədəfinə çevirməyi tövsiyə edir.