adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Yanvar 2020 10:42
12620
HADİSƏ
A- A+

Dünən hərbi xidmətdən qayıtdı, bu gün dəm qazından öldü

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.