adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Yanvar 2020 10:11
30199
DÜNYA
A- A+

ABŞ hərbi bazasına hücum zamanı ölənlərin sayı açıqlandı

ABŞ-ın İraqda yerləşən Eynül-Əsəd hərbi bazasına hücum zamanı 80 nəfər amerikalı hərbçinin həlak olduğu bildirilir.

Bu barədə məlumatı İranın "Press TV” agentliyi yayıb.

"Al-Hadath” telekanalı isə xəbər verir ki, Eynül-Əsəd hərbi bazasına hücum zamanı bir neçə ABŞ silahlı qüvvələrinə məxsus təyyarə məhv edilib.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofman İranın ABŞ-ın iki hərbi bazasına hücum faktını təsdiqləyib. Lakin Pentaqonun sözçüsü hərbçilər arasında olan itkilər barədə məlumat verməyib.

Conatan Hofman ABŞ-ın Yaxın Şərqdə olan hərbçilərinin təhlükəsizliyə dair bütün zəruri tədbirlərihəyata keçirdiklərini açıqlayıb.