adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Yanvar 2020 17:52
12681
HADİSƏ
A- A+

Pakistanda qırıcı qəzaya uğradı - İki pilot öldü

Pakistanın şimalındakı Pəncab əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus F-7PG qırıcısı qəzaya uğrayıb.

Adalet.az-ın məlumatına görə, qəza nəticəsində hər iki pilot həlak olub.

Təyyarənin təlim uçuşu keçirdiyi bildirilib. Hadisənin səbəbləri Pakistan Müdafiə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır.