adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Yanvar 2020 17:40
8043
GÜNDƏM
A- A+

Bayram günləri müştəri xidmətləri xüsusi rejimdə çalışıb

"Azəriqaz” İstehsalat Birliyi bayram günlərində müştəri xidmətləri sahəsində xeyli insanın müraciətinə baxıb.

Qurumdan   verilən məlumata görə, 2019-cu il dekabr ayının 31-dən 2020-ci il yanvar ayının 6-sı da daxil olmaqla 3070 xidmət göstərilib.

Bunun 1873-ü Birliyin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Xırdalan, Mərdəkan və Sabunçu xidmət sahələri vasitəsilə həyata keçirilib. Qalan 1197 xidmət isə 6 yanvar tarixində "ASAN Kommunal” mərkəzlərində icra olunub. Ümumilikdə 70 halda sayğacın əvəz olunması təmin edilib. Xidmətlərin 80 %-i isə uğursuz əməliyyatlar və koda düşmüş kartların aktivləşdirilməsi ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin payız-qış mövsümü başladıqdan sonra (sentyabr, oktyabr, noyabr və dekabr aylarında) 150 min nəfərə müştəri xidməti göstərilib.