adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Yanvar 2020 17:49
8953
GÜNDƏM
A- A+

Azərbaycan ərazisinin 12,4%-i yüksək ekoloji riskli sahələrdir

Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir.

AMEA Coğrafiya İnstitutundan  verilən məlumata görə, buna "Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi–coğrafi və siyasi problemləri" mövzusunda aparılan tədqiqat nəticəsində gəlinib.

Tədqiqat nəticəsində ilk dəfə təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və "Azərbaycanın ekoloji risk” rəqəmsal xəritəsi tərtib edilib.

Məlum olub ki, respublika ərazisinin 37,2% -i çox zəif, 19,8%-i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir. Alınmış nəticələr regionların davamlı inkişafının və ekoloji idarəetmənin təşkilində mənbə rolu oynaya bilər.