adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Yanvar 2020 17:13
8248
GÜNDƏM
A- A+

Avstriyada yeni hökumət formalaşıb

Avstriyada yeni kansler Sebastyan Kurtsun hökuməti and içib.

Adalet.az-ın məlumatına görə, andiçmə mərasimi ölkə prezidenti Aleksander van der Bellenin işlər idarəsində baş tutub.

Mərasimdən əvvəl prezident Avstriyanın ilk qadın kansleri Brigitte Birlyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, bu, S.Kurtsun rəhbərliyi altında ikinci hökumət olacaq. Bundan əvvəl Sebastyan Kurts 2017-ci ilin dekabrından 2019-cu ilin mayınadək kansler olub.