Əbülfət MƏDƏTOĞLU: “BURULĞAN”

ƏBÜLFƏT MƏDƏTOĞLU
54426 | 2020-01-08 09:17

Yeni ilin ilkgünündə yazı yazmaq, oxucu ilə həmsöhbət olmaq o qədər də asan gəlmir. Görünür,burda həm istirahət günlərinin, həm də adamın bir az yazı-pozudan uzaq düşməsinintəsiri qaçılmazdı. Ümumiyyətlə isə əli bir az işdən soyudanda yenidən köklənməko qədər də asan olmur. Bax, bütün bu məlum arqumentlərin yaratdığı təsdirlərəbaxmayaraq, mən çox qısa bir zaman içərisində oxuyub fikirlərimi bölüşmək istədiyimbir kitab var. Və burda tam səmimiyyətimlə da etiraf edim ki, kitab həm adı, həmtərtibatı ilə yanaşı, mövzusu ilə maraqlıdı. Üstəlik kitabə mənə maraqı edən müəllifi şair kimitanımağımdı. Ona görə də şeirlərinə bələd olduğum Gülər xanımın bu kitabınıoxuyub başa çıxanda peşman olmadım. Əksinə, xoş təəssüratlar içərisində özümüçün Gülər xanımın romanını bir oxucu süzgəcindən keçirdim. Və...

Roman hardasabir ailə dramına bənzər süjet üzərində qurulub. Mən ədəbiyyat tənqidçisiolmasam da, normal bir oxucu kimi bu süjetin yanakı xətlərini yamaq kimi görmədim.Əksinə, onlar bu və ya digər şəkildə əsas xəttin inkişafına təkan verib, onu müəyyənməqamlarda da ətə-qana doldurub. Belə ki, həyatın bütün çətinliklərini yaşamış,necə deyərlər, sınaqlara sinə gərmiş Bibixanım Gülər xanımın təqdimatında həm zəhmətkeş,həm peşəkar saç ustası, həm də yığımcıl, mal-mülk sahibi olmaq imkanına malikbir obrazın təmsilçisidir. Romanın müəllifi əsas qəhrəmanını əyalətdən, babahimayəsindən uzaq düşəndən sonra götürüb paytaxta gətirir. Baba mirası üzərindəöz həyat yolunu quran Bibixanım zaman-zaman özünü təsdiq edir. Yəni o, həyata sev gidən daha çox yaşam ünvanı kimi birprizma altında baxır. Necə deyərlər, daha çox işləyib, daha çox qazanmaq və adibir həyatyaşamaq. Ona görə də oğul və qızı, eləcə də həyat yoldaşı tamam fərqlidünya görüşlərlə öz ömürlərini yaşayırlar. Doğrudur, qız ailə qurub, oğul isəölkədən kənarda yaşayır və nə vaxt qayıdıb ailə quracağı məlum deyil. Evinkişisi alkoqol xəstəsidi. Yalnız arvadın qazancıyla araq içib gününü axşamedir. Bütövlükdə bu ailədə sevgi qox dərəcəsindədi. Bax, elə müəllif də bu ortayaşlı qadının özəl dünyasına ikinci qəhrəmanını sevgi xəttiylə çıxarır. Anası ağır xəstə olan, özü Füzuli qaçqınıolan Elxan anasını xilas etmək üçün döymədiyi qapı qalmır. Heç kim ona maddi dəstəkvermir . Ana yalnız Türkiyədə ağır əməliyyat olunmalıdır. Bunu üçün pul tapmaqlazımdır. Elxan sevdiyi qızın vasitəsilə,yəni Aynurun dilindən öyrənir ki, Bibixanımın yaxşı qızılları, maddi imkanlarıvar. Və elə bu da onun ağlına bir plan salır. Nə yolla olur olsun Bibixanımaeşq elan etmək, ona yaxınlaşmaq və onun sərvəti hesabına anasını xilas etmək.Qurulmuş plan baş tutur. Həyatında sevgi olmayan Bibixanım yaşının bu çağında gəncaşiqinə inanır və onu yatağına buraxır. Və beləcə, Elxan da anasını müalicəetdirmək üçün günün birində evdən kifayət qədər qızıl götürüb anasını Türkiyəyəaparır. Amma artıq gec idi. O, anasını itirir. Digər tərəfdən plana razılıqvermiş Aynur səhvini başa düşür. Öz əliilə öz sevgilisini başqa bir ünvana göndərib. İşsiz-gücsüz olan Elxan Türkiyədənqayıdandan sonra Bibixanıma qızılları götürdüyünü etiraf edir. Onun etirafısevgisini tapmış Bibixanımın əsəbini soyudur, bağışlayır Elxanı. Lakin hadisələrindramatik inkişafı yavaş-yavaş Bibixanıma Elxanın məqsədini bəlli edir. Sondaözü onu yanından qovur, ailəsinə qayıdır. Və ən qəribə, bəlkə də müəllifinözünün də hiss etmədən yaratdığı kuliminasiya nöqtəsi...


Məlum olur ki,Bibixanımın oğlu ilə Elxan əsgər yoldaşı olublar. Ölkə xaricindən qayıdan İlkinvağzal yaxınlığında Elxanla qarşılaşır. Köhnə əsgər yoldaşları bir-birinitanıyıb masa arxasında keçmişi xatırlamağa başlayırlar. Onsuz da içki düşgününəçevrilmiş Elxan get-gedə özünü, sözünü itirir və İlkinə yaşlı bir qadınıaldadıb onunla sevgi yaşadığını onun pullarını xərclədiyini deyir. Söhbətİlkinin diqqətini bir az da artırır və qadının adını soruşur. Elxan da heç nəolmamış kimi İlkinə Bibixanımı təqdim edir. Bu yerdə İlkin masanın üzərindəkibutulkanı götürüb Elxanın başına çırpır. Qan içərisində çapalayan Elxana rəhmetmədən şüşə qırığını onun boğazına çəkir...

Həmin an Bibixanımda öz evində yalqızdı. O da artıq alkoqol düşkünü olan ərini itirib. Və baş verənhadisələrdən həyata, yaşama ümidi sonaçatıb. Elə bu durumun içərisində də oturduğu yerdə yuxuya gedib. Yuxuda dababasının əlindən tutub uzun bir cığırla yol gedir. Bu onun oyanmadığıyuxudu...

Bəli, qıca məzmununu sizə təqdim etdiyim bu romanı oxunaqlı edən təbiiki, kriminal və bir az da intim duyğuların canlı olmasıdı. Digər tərəfdən hadsələrinbaş vermə zamanı, məkanı yaxın illərə təsadüf edir və həmin qarışıq zamanınovqatını sərgiləyir. Ona görə də müəyyən qüsurlarına baxmayaraq, bu roman GülərEldarqızının böyük söz dünyasına açılan yolunda uğurlu bir addım hesab olunabilər. Düşünürəm ki, müəllifin hələ daha mükəmməl bədii əsərlər ortaya qoymaqimkanları öndədir. Ona görə də ona uğurlar diləyir və yaradıcılıq dözümüarzulayıram.


TƏQVİM / ARXİV