adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Ulucay Akif: Ölümün qızlıq soyadı - ZORLANMA!

33491 | 2020-01-08 10:02

"2019-cuilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü NərminŞərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədəyandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlumdeyil”.

Xəbəriyenidən və yenidən oxuyuram. 

2010-cu il təvəllüdlü bir qızcığaz. 10 yaşı olar,ya olmaz. Yandırılıb.

Adamın ətiürpənir, tükləri biz-biz olur.

İstintaqdavam edir və hələ cinayətin kim tərəfindən, necə və nə üçün törədildiyi barədəheç bir məlumat yoxdur.

Böyük ehtimal zorlanılıb və heç bir izin qalmamasıüçün yandırılıb.

**

Ayrıvaxt başqa ölkədə bir qadın öldürüləndə vay-şüvən edən, gündəmə çevirənlərinheç biri ortada görünmür.

Məsələn,2015-ci ildə Türkiyədə Özgecan Aslan adlı 20 yaşlı tələbə qızı zorlamağaçalışıb daha sonra öldürərək yandırmışdılar.

O hadisətək Türkiyənin yox, bizim ölkənin gündəminə də bomba kimi düşmüşdü. Sosial şəbəkələrdəhər kəs virtual aksiyaya başlamışdı.

Bəs indiniyə susuruq?!

Hamınınbaşı qarışıqdı. Hamı daha "qlobal” mövzuları müzakirə edir.

Gündəmdəolan mövzuları deyim də:

1. Qasım Süleymaninin ölümünə üzülənlər və sevinənlər.

2. "İran döyər, yoxsa Amerika?” söhbətləri.

3. Avstraliyada yanğın.

4. Azərbaycanda qudalar qoşulub qaçdı.

**

Dünyadabaş verən bütün siyasi prosesləri, müharibələri, mitinqləri, təbii fəlakətləri,qlobal istiləşməni, hər şeyi və hər şeyi qoyun tərəzinin bir gözünə, zorlanmacinayətini isə qoyun tərəzinin digərgözünə: ikinci daha ağır gələr!

Hətta əgərzorlanan azyaşlı uşaqdırsa, tərəzinin birinci gözündə olan "hər şey”ivıyıldadıb atar bu kainatdan çölə.

Kaş eləbu iyrəncliyi kainatdan çölə vıyıldadıb atmaq olsaydı!

**

Zorlanma hallarının daha çox mühafizəkar Şərq ölkələrində,dəqiq desək, müsəlman ölkələrində baş verdiyini düşünsək də, statistika belədemir.

Busiyahıda "birincilik” Cənubi Afrika Respublikasındadır. BMT-nin məlumatına görəCAR-da yaşayan qadınların 40%-i nə vaxtsa cinsi təcavüz cəhdi ilə üzləşib.

Statistikanıntəqdim etdiyi siyahının yuxarı pillələrində dünyanın ən sivil ölkələrinin adınada rast gəlmək olur.

Məsələn,Isveçhər 100 min sakinə düşən zorlama faktlarının çoxluğuna görə dünyada ikinci ölkəsayılır. Ölkədə yaşayan qadınların hər 4-cüsü zorlanıb. 18 yaşı tamam olan hər3 isveçli qızdan 1-i cinsi təcavüz cəhdi ilə üzləşib.

CorcMeyson universiteti və Beynəlxalq Cinsi Cinayətlər Statistikası Federasiyasınınməlumatına görə ABŞ dünyada ən çox zorlama faktlarının qeydə alındığı lider ölkələrdənbiridir. Statistikaya görə hər 3-cü amerikalı cinsi zorakılıq faktı ilə üzləşib.Məlumata görə, amerikalı qadınların 19,3%-i və kişilərin 2%-i zorlanıb.Zorlananların 79%-i 25 yaşına qədər, 40%-i isə 18 yaşına qədər olarkən buna məruzqalıb.

ABŞ həbsxanalardakısituasiya isə daha dəhşətlidir. Hər il 216 min amerikalı məhbus cinsizorakılığa məruz qalır.

BöyükBritaniya dacinsi zorakılığın sərhəd tanımadığı problemli ölkələrdən sayılır. Ölkənin ədliyyəvə daxilin işlər orqanlarının 2015-ci il üzrə birgə açıqladıqları məlumata görəil ərzində ölkədə 85 min insan – 73 min qadın və 12 min kişi cinsi zorakılığa məruzqalıb. 13-18 yaş arasında qızların 35%, oğlanların isə 16%-i seksual təzyiqlərəməruz qalır.

Zorlama vəseksual cinayətlər Hindistanın ümumilli probleminə çevrilib. BMT ölkədə hər 20dəqiqədə 1 qadının zorlandığnı bildirir. Əgər 2012-ci ildə rəsmi rəqəmlər ölkədə24923 qadının zorlandığını bildirsə də, 2015-ci ildə bu rəqəm 48916-ya çatıb.Bununla belə, real zorlama faktlarının 70%-dən çoxunun ictimaiyyətdən və polisdəngizli qaldığı ehtimal olunur.

**

Düşünürəm,zorlanma yeganə cinayətdir ki, onun statistikasını heç vaxt tam dəqiqliyi iləaparmaq olmaz.

Çünki cinsi təcavüzəməruz qalmış qadınlar çox vaxt bunu gizlədirlər. Bəli! Bu cinayət zərərçəkmişinutandığı, dilə gətirməyə çəkindiyi yeganə cinayətdir.

Bu daha çox Şərqölkələrinə, xüsusən də müsəlman ölkələrinə aiddir.

Səbəb isəaydındır:

bizim bütün mental dəyərlərimiz ayaqlarımızınarasındadır!

**

Yazının buyerində ağlıma Ramiz Rövşənin "Səni sevmək çətindir, Vətən!” şeiri yadımadüşür.

"bilirsən səni sevmək

bu saat nəyə bənzər?

zorlanmış bir qızı

sevməyə bənzər.

o sevgidən için-için

gizlicə yanar adam”.

Axı niyə?

Niyə utanırsan?

Niyə utanmalısanvə ya utanmalıdır?

Əgər ölkənin"xalq şairi” də belə düşünürsə, belə yazırsa, digər insanlardan nə gözləməkolar?

Bir adam puluoğurlananda, bıçaqlananda utanmırsa, zorlananda niyə utanmalıdır? Hansı məntiqlə,hansı təfəkkürlə? Axı, o, zərərçəkən tərəfdir.

Adi insanındantutmuş böyük şairinə kimi hamıda olan bu absurd yanaşmanı heç bir halda qəbuletmək olmaz.

**

Cinsi zorakılığaməruz qalmış şəxs bunu özündə gizləməyə məcbur deyil. Əks halda bunun fəsadlarıdaha da böyüyə bilər. Məsələn, şantaj edilə bilər və bu hal davam edə bilər.

Həmçinin beləhadisələrin çox böyük psixoloji fəsadları da olur və şəxs bunu özündə sirr kimisaxladıqca fəsadlar daha da artır.

**

Artıq pedofiliyada çox geniş yayılıb. Azyaşlı uşaqlara qarşı cinsi zorakılıq faktlarının sayıgetdikcə artır.

Buna görə dəvalideynlər və övladlar arasında mütləq şəkildə dost münasibəti olmalıdır.Uşaqlar başlarına gələn bu və digər problemləri valideynləri ilə qorxmadan,utanmadan danışa bilməlidir.

Sonra bir intihar məktubu və övlad acısı ilə üzbəüzqalmamaq üçün!

**

Bəs bu cinayətlərin törədilmə səbəbi nədir?

Kişilərniyə zorlayır?

Tamamiləsəhv ehtimaldır ki, kişilər hormonal ehtiyaclarına görə zorlayırlar. Ehtirasbütün insanlara xasdır və heç bir normal insan ehtirasa gəlib kimisə zorlamaz.

Zorlamaseksual akt deyil. Zorlama təcavüzdür. Bu, həmin "adamın” qələbə qazanmaq istəyidir.Zorlama daha çox məqsədə nail olmaq arzusu, gücünü göstərmək istəyidir və bunuedən özünə "obyekt” kimi qadını seçir.

Yənizorlayan şəxsin psixoloji vəziyyətində ən böyük problem acizlik, zəiflikhissidir. Öz gücünü sübut etməyə çalışır.

**

Məncə, Şərqkişisinin "yanıq” olduğunu deyənlər də yanılır.

Son illərAmerikada, Avropada seks oyuncaqları istehsalı və satışı kəskin şəkildə artıb.Kişilər silikondan hazırlanan manikenlərlə intim həyat yaşayırlar.

Təsəvvüredin, Fransanın Strasburq şəhərində bir atelyedə "Dreamdoll” adlı firma hər biri 6 min dollarolan seks oyuncaqları istehsal edir və bu cür "oyuncaqların” satışı da çox yüksəkdir.Heç kim də bunu pis qarşılamır, bundan narahat olmur.

Deməli,məsələ ehtirasın dərəcəsində deyil.

Deməli,"yanıqlıq” ehtirasın dərəcəsi ilə yox, onun hara və necə yönləndirilməsi iləölçülür.

Adam sevərdə, ehtiraslanar da, sevişər də.

Eləheyvanlar da sevər də, ehtiraslanar da, sevişər də.

Heyvanlarınşüuru olmur, heyvan bəlkə zorlayar da, amma...

Amma heçbir heyvan digər heyvanı zorlayıb sonra öldürməz.

Hə...Heyvan demişkən...

KaşAvstraliyadakı yanğında heyvanlar yox, "heyvanlar” yanıb ölərdi!


Ulucay Akif


TƏQVİM / ARXİV