adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Yanvar 2020 15:57
8870
GÜNDƏM
A- A+

Azərbaycan Ekoturizm Assosiasiyası təsis edilib

Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək olmaq üçün Azərbaycan Ekoturizm Assosiasiyası təsis edilib.

Assosiasiyadan Adalet.az-a verilən məlumata görə, bu məqsədlərə nail olmaq üçün ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq layihələrə dəstək vermə istiqamətləri üzrə fəaliyyət göstəriləcək.

Assosiasiya həm də davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliğ etməyi, ölkədə yeni ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqroturizm, kənd turizmi, eko hotellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı ekoturizm ölkəsi kimi tanıtmağı nəzərdə tutur.